Emin Hüseynov: İlin sonunadək Ağdamda 4 yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir

QARABAĞ 20 sentyabr 2026, 18:06
İlin sonuna qədər Ağdamda 4 yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir.

Bu  fikirləri Azərbaycan Respublikası Prezidentinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov media nümayəndələrinə açıqlaması zamanı səsləndirib.

E. Hüseynov Ağdam və Füzuli rayonlarında görülən işlərlə də bağlı məlumat verib: "Böyük Qayıdış Birinci Dövlət proqramı çərçivəsində digər işğaldan azad olunmuş ərazilər kimi, Ağdam, Füzuli və Xocavənd rayonlarında da işlər qrafikə uyğun olaraq, həyata keçirilməkdədir. Hazırda Ağdam rayonunda Ağdam şəhəri və 2 kənd olmaqla quruculuq işləri davam edir. Dördüncü və beşinci yaşayış kompleksləri, Eyvazxanbəyli, Baş Qərvənd kəndləri bərpa olunur. Bu dörd yaşayış məntəqəsinin ilin sonuna kimi, təhvil verilməsi nəzərdə tutulur. Bu, ümumilikdə Ağdam şəhərində 8 min nəfərin qayıdışı deməkdir. Eləcə də Eyvazxanbəyli və Baş Qərvənd kəndlərində də müvafiq olaraq 427 və 851 ailənin öz kəndlərinə ilk mərhələdə qayıdışı deməkdir.

E. Hüseynov Füzuli rayonunda da 2 kənddə görülən işlər barədə də danışıb: "Paralel olaraq Füzuli rayonunda da 2 kənd bərpa olunmaqdadır. İkinci Ağıllı kənd olan Dövlətyarlı kəndi 450 ailənin yaşayışı üçün, kəndin bərpası davam edir.

Eyni zamanda da Pirəhmədli kəndində 146 ailənin birinci mərhələdə köçü üçün, bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Bizim məqsədimiz odur ki, bu 2 kənddə də tikinti-bərpa işlərini yekunlaşdıraq".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top