Ukrayna səfirliyi Azərbaycanı təbrik etdi

XARİCİ SİYASƏT 20 sentyabr 2026, 17:25
Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib.

"Azərbaycanı bu mühüm dövlət bayramı münasibətilə ürəkdən təbrik edirik! Qoy Azərbaycan bundan sonra da öz dövlətçiliyini daha da möhkəmləndirsin, inkişaf edərək çiçəklənsin, xalqı isə sülh, həmrəylik və rifah içində yaşasın.

Ukrayna və Azərbaycan bütün dövrlərdə bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib, indi də dəstəkləməkdə davam edir. Ölkələrimiz mehriban dostluq əlaqələrini və qarşılıqlı faydalı strateji tərəfdaşlığını mütəmadi olaraq inkişaf etdirir.

Biz Ukraynaya göstərdiyi həmrəyliyə və dəstəyə görə Azərbaycan rəhbərliyinə, eləcə də xalqına səmimi qəlbdən minnətdarlığımızı bildiririk. Sülh, rifah və tərəqqi arzulayırıq, Azərbaycan Respublikası! Dövlət Suverenliyi Gününüz mübarək!", - müraciətdə qeyd olunub.


Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top