Uşaqlıq illərində yaşanan o ağır sınaqlar, Arazın o tayına keçid, köçkünlük ağrıları və Bakıda başlayan həyat mübarizəsi... Bütün bu acılar sizinlə bərabər bütöv bir nəslin yaddaşına, ruhuna silinməz izlərlə həkk olunub. Amma, məhz o çətinliklərin içindən boy atan məğrurluq və böyük düşünmək bacarığı xalqımızı sındırmadı, əksinə, daha da gücləndirdi.
Keçmişin o göynədən xatirələrinin, bu gün qürur və zəfər hissi ilə tamamlanan hekayəsi:
Arazın o tayından Zəfərin Zirvəsinə: Dövlət Suverenliyi Gününə düşüncələrim.
Yaddaş qəribə bir xəzinədir; bəzən unutmamaq üçün çabaladığımız anları, bəzən də hər şeydən çox beynimizdən silmək istədiyimiz acıları qoruyub saxlayır. 1990-cı illərin başında Zəngilandan, doğma yurdundan didərgin düşən 6 yaşlı bir uşağın gözləri ilə baxdıqda, o günlərin dəhşəti daha dərin hiss olunur. Arazın soyuq suyunu keçib İran sahlinə ayaq basmaq, başının üstündə yad əsgərlərin kölgəsini görmək və daha sonra Sabirabadın, Bakının tozlu, qeyri-müəyyən küçələrində məşəqqətli bir həyata başlamaq... O dövrün uşaqları yaşından dəfələrlə tez böyüdülər. Çünki çətinlik və acı insanı vaxtından əvvəl müdrikləşdirir, həyata daha dərin və ağıllı baxmağa vadar edir.
O zamanlar uşaq qəlbimə elə gəlirdi ki, Bakıya çatmaqla bütün çətinliklər arxada qaldı. Amma, əsl mübarizə - yaşamaq, var olmaq və kimliyini qoruyub saxlamaq mübarizəsi hələ yeni başlayırdı. Bir tərəfdən itirilmiş yurdun həsrəti, digər tərəfdən yeni həyatın gətirdiyi sosial və mənəvi yük... İllər uzunu çiyinlərdə daşınan bu yük, əslində, bir millətin iradəsini itiləyən polada çevrildi.
İllər keçdi. Zaman keçdikcə təkcə o uşaqlar böyümədi, Azərbaycan da böyüdü, dövlətimiz gücləndi, Ordumuz polad kimi möhkəmləndi. O acılı günlərin, gözü yolda qalan anaların, bacıların, torpaq uğrunda canından keçən Şəhidlərin, faciəvi şəkildə həyatını itirənlərin qisası yerdə qalmadı. Millətin illərlə qəlbində bəslədiyi o böyük arzu gerçəkləşdi: Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və bayrağını hər bir qarış torpağında qürurla dalğalandırdı.
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür.
Bu gün təkcə bir təqvim tarixi və ya siyasi zəfər günü deyil. Bu gün - Arazı keçərkən arxaya boylanan o 6 yaşlı köçkün uşağın, çadırlarda qışlayan ailələrin, illərlə "vətən" deyib sızlayan qəlblərin təsəlli tapdığı gündür. Bu gün, keçmişin acı izləri üzərində ucalan milli qürurumuzun, bütöv və tam suveren Azərbaycanın təntənəsidir.
Acılar yaddaşdan silinmir, bəli. Amma, bu gün o acılar artıq məğlubiyyətin yox, Böyük Zəfərin və əbədi suverenliyin təməl daşları kimi xatırlanır. Dövlət Suverenliyi Günümüz mübarək!
Elmir Muradov