Xocavənd Şəhəri Günü münasibətilə genişmiqyaslı tədbir keçirilib — FOTOLAR

MƏDƏNİYYƏT 20 sentyabr 2026, 17:12
20 Sentyabr – Xocavənd Şəhəri Günü münasibətilə Xocavənd şəhərində genişmiqyaslı ictimai-mədəni tədbir təşkil olunub.

Demokrat.az xəbər verir ki, tədbir Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirin əsas məqsədi Xocavəndin işğaldan azad olunmasını, Azərbaycanın ərazi bütövlüyünün və tam suverenliyinin bərpasını qeyd etmək, xalqımızın Zəfər tarixini yaşatmaqdır.

Tədbir çərçivəsində Xocavənd sakinlərinin bir araya gəlməsi, uşaqların və böyüklərin asudə vaxtlarının səmərəli təşkili, şəhərin mədəni həyatına töhfə verilməsi və Böyük Qayıdış proqramı çərçivəsində doğma yurda qayıdan sakinlər üçün bayram ab-havasının yaradılması nəzərdə tutulub.

Gün ərzində müxtəlif mədəni-kütləvi tədbirlər keçiriləcək. Proqrama uyğun olaraq, günün sonunda Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq təşkil olunacaq.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top