Milli Məclisdə Azərbaycan dilinə və rəqəmsal suverenliyin qorunmasına dair dinləmələr keçiriləcək

SİYASƏT 21 sentyabr 2026, 10:05
Milli Məclisdə Azərbaycan dilinə və rəqəmsal suverenliyin qorunmasına dair dinləmələr keçiriləcək.

Bu barədə parlamentin İnsan hüquqları komitəsinin 2026-cı il payız sessiyası üzrə iş planına məsələ daxil edilib.

Belə ki, Azərbaycan dili-milli suverenlik və insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi - xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair və Rəqəmsal suverenliyin qorunması, dezinformasiya, deepfake və manipulyasiya texnologiyalarına qarşı hüquqi və institutsional mexanizmlərin gücləndirilməsi sahəsində ictimai dinləmələrin sessiya müddətində keçirilməsi planlaşdırılıb. (report)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top