Son üç ayda koronavirusa ən yüksək yoluxma qeydə alındı


DÜNYA 09 apr 2021, 23:27
Pandemiya ərzində dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 133,53 milyonu ötüb.

Demokrat.az
xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Qeyd edilir ki, son 24 saat ərzində dünyada koronavirusa 718 mindən çox yeni yoluxma qeydə alınıb. Bu, yanvarın 10-dan birgünlük yoluxma statistikasında ən yüksək göstəricidir. Təşkilatın məlumatına görə, son sutkada koronavirusdan 12,6 mindən çox ölüm qeydə alınıb. Beləliklə, dünyada pandemiya qurbanlarının sayı 2,89 milyon nəfəri ötüb.

Pandemiya ərzində dünyada koronavirusa ümumilikdə 132 730 691 yoluxma, 2 880 726 ölüm qeydə alınıb.

Yoluxma hallarının sayına görə birinci yerdə Avropa qitəsi (257 789), ikinci yerdə Şimali və Cənubi Amerika (247 444), üçüncü yerdə - cənub-şərqi Asiya (145 724) regionu qərarlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top