Professor bu xanımı özünə mətbuat katibi təyin etdi — FOTO

HADİSƏ 09 fev 2021, 00:24
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı institutun yeni direktoru, professor Kərim Şükürov müvafiq əmr imzalayıb.

Belə ki, əmrə əsasən, bu vəzifəyə Nərminə Ağayeva təyinat alıb. O, hazırda yeni vəzifəsində iki həftəlik sınaq müddətində çalışır.

Qeyd edək ki, bundan əvvəl institutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilov olub. O, bir neçə gün əvvəl öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Xatırladaq ki, ötən ay Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov vəzifəsindən azad edilib və onun yerinə tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov təyinat alıb.
undefined
undefined
undefined

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top