Paşinyanın saxtakarlığı belə ifşa olundu — FOTOLAR


DÜNYA 04 fev 2021, 12:17
Ermənistanın baş naziri Nikol Paşinyanın dünən Ararat bölgəsindəki Artaşat şəhərinə səfəri ölkə mətbuatında ciddi müzakirələrə səbəb olub.

Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Artaşat şəhərində Paşinyana yaxınlaşan və onunla salamlaşan “vətəndaşlar” hakim "Vətəndaş Müqaviləsi" partiyasının üzvləri olub və əvvəlcədən təlimatlandırılıblar.

Əvvəlcədən öyrədilən partiya üzvlərindən bəziləri Paşinyanı müxtəlif "rollarda" bir neçə dəfə salamlayıb.

Birinci şəkildəki şəxs Paşinyanı salamlamaq üçün iki fərqli yerdə Paşinyna yaxınlaşıb. İkinci şəkildəki şəxs isə əvvəlcə küçədə dayanan adi bir vətəndaş kimi, daha sonra isə mağazaların birində satıcı kimi kadrlara düşüb.




Demokrat.az
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top