Xaçmazda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxsə cinayət işi açıldı

KRİMİNAL 19 yan 2021, 15:19
Xaçmaz rayonunda on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə ittiham olunan şəxsə cinayət işi açılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Xaçmaz rayon sakini Taleh Saleh oğlu Süleymanovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim İlkin Xəlilovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top