“Ailələrinə bir parça çörək aparmaq imkanlarını itirənlərə kömək davam etdirilməlidir” Deputat

DAXİLİ SİYASƏT 17 dek 2020, 23:27
Özümüzü və ətrafdakıları virusdan qorumaq, koronavirusa qalib gəlmək və bu ciddi sınaqdan  üzüağ çıxmaqdan  ötrü maska taxmaq, məsafə saxlamaq və gigiyenik qaydalara riayət etmək kimi “3 qızıl qayda” ilə yanaşı,  həm də insanların immuniteti güclü olmalıdır. İnsanların immunitetinin güclü olması üçün onlar zəruri vitaminləri qəbul etməli, meyvə-tərəvəz yeməli, vacib prosedurları qəbul edə bilməlidir və s. Zəruri vitaminləri qəbul etmək, meyvə-tərəvəz yemək, vacib prosedurları qəbul edə bilmək üçün isə insanların əlində pul olmalıdır.”

Demokrat.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli hökumətin karantin rejiminin sərtləşməsi ilə bağlı qərar qəbul etmətsi ilə bağlı məsələrə  münasibət bildirərkən deyib.

Əli Məsimli  bildirib ki, ”son aylar Koronavirus infeksiyası qlobal pandemiya kimi dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda da yayılma sürəti xeyli artıb və əhatə dairəsi xeyli genişlənib. Azərbaycan xalqı Vətən Müharibəsini zəfərlə başa vurub, işğaldan azd olunmuş Vətən torpaqlarını canlandırmağa başladığı bir vaxtda koronavirus yenidən tüğyan etməyə başlayıb. Ölkəmizdə bu ilin oktyabrdan bu yana keçən son 2 ay yarımlıq müddətdə, özündən əvvəlki 9 ayla müqayisdə aktiv koronavirus xəstələrinin sayı 1782 nəfərdən 62 427 nəfərə çataraq, 35 dəfə artıb. Koronavirus səbəbli həyatlarını itirmiş 2050 nəfərdən 1464 nəfəri və ya 71 faizi oktyabr ayından bu yana keçən son 2 ay yarımlıq müddətdə hələk olmuş şəxslərdir. Son 2 ay yarım ərzində koronavirusdan ölənlərin sayı bu ilin 9 ayının göstricisindən 2,5 dəfə dəfə çoxdur. Amma sürətli artımdan sonra son 10 gündə gündəlik təxminən 4000 say ilə yoluxma nisbətən stabilləşib. Amma Azərbaycan kimi ölkələr üçün bu rəqəm kritik hesab oluna biləcək qədər böyük rəqəmdir.”

Əli Məsimli karantin rejiminin sərtləşməsi ilə bağlı qəbul edilmiş son qərarla bağlı bildirb ki, ”təcrid və qapanmalar həm əhali, həm də iqtisadiyyyat üçün bir sıra əlavə problemlər yaratsa da, hökumət insanları qorumaq və  yoluxma sayının azalması üçün karantin rejiminin sərtləşməsi ilə bağlı qərar qəbul etməli olub. Bununla belə mütləq nəzərə alınmalııdr ki, beynəlxalq təcrübədən məlum olduğu kimi, pandemiyaya əleyhinə vaksinin tapılması və kütləvi şəkildə tətbiq edilməsinə qədər hələ bir müddət də koronavirusla mübarizənin ən etibarlı yolu bu bəladan qurtulmağa kompleks yanaşmaqla dövlətin, cəmiyyətin və ayrı-ayrı fərdlərin səylərini optimal şəkildə brləşdirmək lazımdır. Bu ilin yazında Azərbaycanda ilk dəfə sərt karantın rejimi tətbiq olunmağa başlayanda, bu yöndə dövlətin görməli işlər baradə davamlı olaraq geniş şəkildə fikirlərimizi bildirmişik. Yenə də bununla bağlı bir sıra məsələlərin daha etibarlı şəkildə həllinin vacibliyini qeyd etməklə,ilk növbədə onu xüsusi vurğulamaq istrdik ki, “Covid-19” və onun ətrafında gedən proseslərin mənfi təsirini azltmaqdan ötrü dövlət istər əhalinin bilavasitə sağlamlığının qorunması, istərsə də aztəminatlı təbəqənin və sahibkarlığın müdafiəsi istiqamətlərində müəyyən  işlər görüb və görməkdə davam edəcək”.

Bununla belə Əli Məsimli hesab edir ki, “koronavirisa yoluxanların sayının sürətlə artdığı hazırkı şəraitdə bu məsələni yalnız cərimələri artırmaqla həll etmək olmaz. Məsələyə kompleks yanaşıb yenə də bir sıra əlavə tədbirlərin görülməsinə ciddi ehtiyac var. Onların arasında aşağıda sadalağımız problemlərin həlli xüsusi yer tutur:

1. Koronavirus xəstələrinin xəstəxanalara yerləşdirilməsi sahəsindəki problemlər aradan qaldırılmalıdır ki, evdə müalicəsi çətin olan ağır xəstələrin çox hissəsinin həyatını xilas etmək mümkün olsun. Bir sıra mütəxəssilərin xüsusi qeyd etdikləri kimi, normalda ölməyəcək adamlar səhiyyə üzərindəki yükə görə, evdə müalicə olunuğu və xəstəxanaya, oksigenə çata bilmədiyi üçün ölür. Bunun qarşını almaqdan ötrü həm,bir tərəfdən məlum tədbirlər hesabına yoluxma sayının azalması lazımdır, həm də modul xəstəxanalar şəbəkəsinin genişləndirilməsinə ciddi ehtiyac duyulur.

2. Evdə müalicə alan koronavirus xəstələri üçün zəruri olan kompleks prosedurların fonunda Səhiyyə Nazirliyi və TƏBİB-in xəstələrə təqdim etdiyi  6 komponentdən ibarət kiçik bir paket yetərli deyil. Tələb olunan əlavə prosedur və dərmanların xərclərini bir çox hallarda sərt karantin rejiminin tətbiqi səbəbli iqtisadi qazanc mənbələrini itirmiş əksər xəstələr qarşılaya bilmir. Ona görə də evdə müalicə alan koronavirus xəstələrinə də əlavə kömək lazımdır.

3. Bizdə hələ dayanıqlı və səmərəli tibbi sığorta sistemi olmadığından, əhalinin mülicəyə böyük xərcləri çııxır. İstər müalicə, istər dərman, istərsə də digər zəruri ləvəzimatlar baxımından müxtəlif yollarla “Covid-19”-la mübarizəni biznesin bir növünə çevrilməsinin qarşısını almaqdan ötrü təsirli tədbirlər görülməlidr. Koronavirus xəstələrinə lazım olan dərmanların bir hissəsi hazırda apteklərdə tapılsa da, bir qismi çətin tapılır və ya heç tapılmır. Koronavirusla mübarizədə zəruri olan dərmanların bir qisminin "Qara Bazar"da yüksək qiymətə satışının qarşısı alınmalı və ucuz qiymətə əlçatanlığı təmin edilməlidir. Tibbi maskaların maya dəyərindən 2 dəfəyə yaxın baha yox, ondan aşağı qiymətə satılması təmin edilməliidr. Araşdırmalar aparılmalı, testlərin və digər zəruri analizlərin qiymətləri əsaslalı surətdə aşağı salınmalıdır.

4. 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək sərt karantin və vətəndaşların küçəyə çıxışı üçün SMS icazə sistemi tətbiq edilib. Tətbiqi nəzərdə tutulan məhdudiyyətlər və qapanmalar səbəbindən iqtisadi fəallıq aşağı düşür. Bu baxımdan, Nazirlər Kabineti yanında Operativ Qərargah açıqlamasında bildirildiyi kimi, əvvəlki sərtləşdirilmiş karantin dövrlərində olduğu kimi, ehtiyacı olan vətəndaşlara yenidən 190 manat yardım göstəriləcək. Bununla əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrinin sözlərinə görə, “karantin rejimindəki məhdudlaşma ilə bağlı iqtisadi fəallıq aşağı düşdüyünə görə, daha öncə 190 manat birdəfəlik yardım üçün müraciət edən vətəndaşlar arasında Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara və qaydalara uyğun olaraq elektron araşdırma aparılacaq. Bu dövr ərzində işsiz statusu qüvvədə olan və əmək müqaviləsi ilə işə götürülməyən şəxslərə yenidən 190 manat ödəniləcək. Birdəfəlik ödəmə ediləcək şəxslərin sayı hazırda 600 min nəfərdir, ancaq bu arta da bilər, azala da”….Bu rəqəm niyə azalmalıdır ki?... 600 min nəfərə  190 manat verilməsi- ayda cəmi 114 milyin manat xərc deməkdir,ki,bu da Azərbaycanın real imkanları fonunda çox kiçik bir məbləğdir. Doğrudur, bu gün sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlarda yaşayan həsas sosial qrup kateqoriyasına aid insanlara 190 manatlıq bir dəfəlik ödəmə verilir və müddətin uzadilması ilə əlaqəli növbəti ödəniş də olacaq. Amma NK-nin qərarından çıxış etsək görərik ki, bu müvinəti alacaq şəxslər əsasən köhnə siyahı və bu siyahının yenidən yoxlanılması yolu ilə müəyyənləşir. Axı həmin siyahıların tərtibindən 8 ay vaxt keçib, insanların iqtisadi vəziyyətləri, əmlak vəziyyətləri, ailə təsərrüfatının sturukturu dəyişib və çoxlu yeni insanlar meydana çıxıb ki, daha onlara da bu müvinət düşür. Digər tərəfdən qanunvericilikdə dəyişiklik edə biməməyimiz səbəbli 5-10 sot torpağı olan insanlar yenə kənarda qaldı. Yəni əslində dolanışıq üçün əlində heç nəyi olmayan kəndli yenə kənarda qaldı. Özümüzü və ətrafdakıları virusdan qorumaq, koronavirusa qalib gəlmək və bu ciddi sınaqdan  üzüağ çıxmaqdan  ötrü maska taxmaq,məsafə saxlamaq və gigiyenik qaydalara riayət etmək kimi “3 qızıl qayda” ilə yanaşı,  həm də insanların immuniteti güclü olmalıdır. İnsanların immunitetinin güclü olması üçün onlar zəruri vitaminləri qəbul etməli,meyvə-tərəvəz yeməli,vacib prosedurları qəbul edə bilməlidir və s. Zəruri vitaminləri qəbul etmək, meyvə-tərəvəz yemək, vacib prosedurları qəbul edə bilmək üçün isə insanların əlində pul olmalıdır. Ona görə də hesab edirik ki, koronavirisun tüğyan etdiyi aylarda əhalinin vəziyyətinin xeyli pisləşməsini nəzərə alaraq Nazirlik və digər aidiyyatı qurumlar aztəminalı təbəqəyə 190 manat verilməsi şərtlərinə yenidən baxmalı, həmin birdəfəlik müavinəti alan 600 min nəfərin sayının azaldılması yox, artırılması xəttini götürməli və bu yardıma ehtiyacıı olanların hamısına 190 manat, 2021-ci ildən isə yeni yaşayış minimumu göstəricisindən çıxış etməklə verilməsi təmin edilməlidir.

5. “Covid-19” və onun ətrafında gedən proseslərin, eləcə də karantin rejimindəki məhdudlaşma ilə bağlı iqtisadi fəallıq aşağı düşməsinin mənfi təsirinə məruz qalan sahibkara, o cümləədn işəmuzd sistemi ilə çalışıb, ailələrinə bir parça çörək aparmaq imkanlarını itirənlərə kömək davam etdirilməlidir. Eyni zamanda hazırkı ağır durumda  banka olan kreditlərini ödəyə bilməyən insanlara  müəyyən güzəştlərin edilməsi də çox zəruridir.”

Əli Məsimli sonda bildirib ki, rəsmi açıqlamalardan məlum olduğu kimi, yaxın vaxtlarda Azərbaycana  koronavirusa qarşı  vaksinlərin gətirilməsi gözlənilir. Peyvənd olunanların sayı artdıqca, virusa yoluxanların sayı azalacaq. Ona görə də  kritik hesab edilən qarşıdakı 3 aydan da az itki ilə üzüağ çıxmaqdan və müəyyən  nikbinliyə əsaslar yaratmaqdan  ötrü  sadaladığımız həmin  tədbirlərin komleks, sistemli və tam şəkildə  həyat keçirilməsini zəruri hesab edirik. /Moderator

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top