Deputat əmək haqqının bir hissəsini “Yaşat” Fonduna köçürdü: “Məbləği...”

GÜNDƏM 17 dek 2020, 10:01
Milli Məclisin deputatı Fazil Mustafa əmək haqqının bir hissəsinin “Yaşat” Fonduna köçürüb.

Demokrat.az xəbər verir ki, bu barədə F.Mustafa özü məlumat verib.

“Şəhid və qazilərimizn ailələri üçün dəstək xarakteri daşıyan ölkə prezidenti tərəfindən yaradılan "YAŞAT" fonduna Milli Məclisin sədri hörmətli Sahibə xanım Qafarovanın çağırışına qoşularaq əmək haqqımın müəyyən hissəsini köçürdüm. Məbləği yazmağı öz etik mülahizələrimə görə doğru saymıram. Şəhidlərimizin və qazilərimizin ailələrinə dəstək vermək dövlətin olduğu qədər, bütün imkanı çatan vətəndaşıarımızın şərəf borcudur. Allah onların ruhlarına şad etsin, qazilərimizə şəfa versin! Qarabağı- Vətən torpağını onlar öz ömürlərini, sağlamlıqlarını ortaya qoyaraq yaşayan nəsillərimizə qaytarıblar, hər günümüzün duası da, şükranlığı da mütləq və mütləq onları yad etməklə başlamalıdır” – Deputat bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top