Almaniyadan sığınacaq istəyən Azərbaycan vətəndaşlarının sayı azalıb

DİASPOR 07 dek 2020, 17:49
Bu ilin noyabr ayında Almaniyaya 16 Azərbaycan Respublikasının vətəndaşı sığınacaq üçün müraciət edib.

“Report”un Avropa bürosunun Almaniyanın yerli miqrasiya idarələrindən əldə etdiyi məlumatda deyilir ki, onlardan 3-ü ailə birləşməsi ilə əlaqədar Almaniyaya gəliblər. Bu isə əvvəlki ayla müqayisədə iki dəfə azdır.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin noyabr ayı üzrə statistikasına görə, keçən ay bu ölkədən ümumilikdə 8 736 nəfər sığınacaq istəyib. Sığınacaq istəyənlər arasında birinci yeri 2 986 nəfərlə Suriya vətəndaşları, ikinci və üçüncü yerləri isə Əfqanıstan və İraq vətəndaşları tutublar.

Almaniyadan sığınacaq istəyən Türkiyə vətəndaşlarının sayında azalma, Gürcüstan vətəndaşlarının sayında isə artım qeydə alınıb.

Cenevrə anlaşmasna görə, keçən ay Almaniyadan sığınacaq alan əcnəbilərin sayı isə 2 977 nəfər olub.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top