Ronaldonun qardaşı fırıldaqçılıqda ittiham olunur

İDMAN 05 dek 2020, 20:38
İtaliyanın Turin şəhərinin prokurorluğu "Yuventus"un futbolçusu Kriştianu Ronaldonun qardaşı Uqo Dinarte Santuş Aveyruya qarşı cinayət işi açıb.

"Report" "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, o, fırıldaqçılıqda ittiham olunur.

Aveyrunun rəhbəri olduğu "Mussara" şirkətinin Turinin "Pegaso" kompaniyasından üzərində Ronaldonun muzeyinin loqosu (CR7Museu) olan 500 000 avro dəyərində köynəklər sifariş verdiyi, bunun 150 000 min avrosunun vasitəçiyə ödənildiyi bildirilir.

Daha sonra isə "Mussara" köynəklərdən imtina edərək, istehsalın dayandırılmasını istəyib. Həmçinin şirkət hazır malların hər biri üçün qarşı tərəfə 4 avro təklif edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top