Türkiyədə zəlzələ oldu

DÜNYA 03 dek 2020, 10:47
Türkiyənin Siirt şəhərinin Kurtalan rayonunda 5 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Yeraltı təkanların episentri 20 km dərinlikdə yerləşib.

Dağıntı və itki haqqında hələlik məlumat verilməyib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top