Arif Babayev Ağdamdan danışdı: “Bir arzum vardı...“

SOSİAL 20 noy 2020, 19:14

“30 ilə yaxın idi həsrət idik Ağdama".


Demokrat.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Xalq artisti, xanəndə Arif Babayev deyib.


Ağdam muğam məktəbinin yetirməsi olan 82 yaşlı Xalq artisti bildirib ki, sevincimin həddi-hüdudu yoxdur:


"Ağdamın işğaldan azad olunması, bu, tarixdir. Bütün qarabağlılar hamısı indi sevinc içindədirlər. Çox böyük iş görüldü. Allah bu Ordumuza qüvvət, yaralılara şəfa versin, Prezidentimizin də canı sağ olsun ki, hərbi paltarı geyinib durub camaatın arasında.


Böyük iş gördülər. Mənim sevincimin həddi-hüdudu yoxdur. Böyük bir arzum var idi ki, görəsən Ağdamı görəcəyəm?! Allaha şükür ki, bu arzuma da çatdım".


Xatırladaq ki, sentyabrın sonlarında (II Qarabağ savaşının başladığı tarix ərəfəsində) Xalq artisti Arif Babayev insult keçirib.


Qeyd edək ki, Rusiya sülhməramlı qüvvələrinin iştirakı ilə bu gün (20 noyabr) Ağdam rayonu Azərbaycan silahlı qüvvələrinə təhvil verildi və Ağdam rayonu Azərbaycanın nəzarətinə keçdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top