Ermənistanda koronavirusa yoluxanların sayı 110 mini ötdü

DÜNYA 11 noy 2020, 13:16

Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 110 687 nəfərə yüksəlib.


Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərin profilaktikası və nəzarət mərkəzi məlumat yayıb.


Bildirilib ki, son sutkada 2 000 nəfər virusa yoluxub və daha 27 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 1 636 nəfərə çatıb.


Virusdan sağalanların sayı 68 336 nəfər olub. 40 157 pasiyent müalicə alır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top