Bakıda qəbr üzərində təhriqedici hərəkətlər edən qadın tutuldu

KRİMİNAL 22 okt 2020, 12:46

Bakıda qəbr üzərində təhqiredici hərəkətlər etməkdə ittiham olunan qadın həbs edilib.

 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini Hüseynova Kifayət Astan qızının barəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham elan edilib. 


Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Sabunçu rayon Məhkəməsinə təqdimat verilib. 


Hakim Mirheydər Zeynalovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

 
Kifayət Hüseynovanın barəsində həbs qətimkan tədbiri seçilib. 


İstintaq davam edir. 


Qeyd edək ki, Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə ittiham olunan şəxsin əməli sübuta yetirilsə, həmin şəxsi iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top