Bakının Nəsimi rayonunda 1982-ci il təvəllüdlü Əfsən ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Leylini (adlar şərtidir – red.) döyüb.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisəni törədən Əfsənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2011-ci ildə zərərçəkmiş şəxs ilə ailə həyatı qurub və həmin nikahdan onların2012-ci ildə bir oğlan övladları doğulub: “Hadisə ərəfəsində mənim həyat yoldaşım ilə aramızda tez-tez mübahisələr olub. Məlum hadisə günü saat 23:40-da evə gələn zaman həyat yoldaşım ilə sözlə mübahisəmiz baş verdi. Həmin vaxt həyat yoldaşımı sakitləşdirməyə çalışdım. Lakin o, sakitləşmədi, mənə layiq ifadələr işlətdi. Həmin zaman əsəblərimə hakim ola bilmədim. Onun sifətindən bir neçə dəfə əl zərbələri endirdim”.
Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkən ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb.
Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az