“Milli Mətbuat 150 — Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsinə start verilib

MEDİA 25 sentyabr 2025, 15:31

Medianın İnkişafı Agentliyi, Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə könüllülük proqramı çərçivəsində “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsinə start verilib.

Demokrat.az
 xəbər verir ki, sentyabr-dekabr aylarını əhatə edəcək layihə çərçivəsində 10-dan artıq regiondan 500-dən çox gəncin iştirakı ilə mətbuat tarixi və yeni media istiqamətində, eyni zamanda, media savadlılığı mövzusunda təlim, praktik və interaktiv sessiyaların təşkil edilməsi nəzərdə tutulur.

Layihənin məqsədi fəal sosial media istifadəçisi kimi zərərli məlumatların təsirinə daha çox məruz qalma ehtimalı olan gənclərin müasir media və kommunikasiya sahəsində biliklərinin artırılması, media savadlılığı mövzusunda bacarıqlarının təkmilləşdirilməsi, dezinformasiya ilə mübarizədə maarifləndirmənin və həmrəyliyin gücləndirilməsidir.

Layihənin yekunu olaraq, dekabr ayında Bakı və regionlardan ümumilikdə 100-dən çox gəncin iştirakı ilə tədbirin keçirilməsi planlaşdırılır.

Qeydiyyat üçün linkə daxil ola bilərsiniz!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top