Azərbaycanda son zamanlar debet və kredit kartları ilə bağlı müəyyən şərtlərin daha da sərtləşdirilməsi, limitlərin aşağı salınması və keşbəklərin azaldılması müşahidə edilir. Bəs bankların bu cür qərarlar qəbul etməsinə səbəb nədir?
Bu barədə Demokrat.az-a danışan iqtisadçı Rəşad Həsənov qeyd edib ki, bank öz məhsullarını hazırlayarkən və yaxud onun parametrlərini müəyyən edərkən bir sıra faktorlara, o cümlədən öz məhsulları üzrə inkişaf strategiyası, hədəflər, bazarın konyunkturası, tənzimləyici qurumun tələbləri və s. amilləri nəzərə alır:
“İlk dövrlərdə Azərbaycanda kartlardan istifadə, nağdsız ödəniş davranışının institutlaşdırılması kimi çağırışların idarə edilməsi fonunda daha yüksək keşbəklər verən banklar var idi. Hətta bu gün, baxmayaraq ki, bir çox banklarda keşbək faizləri və limitlərin aşağı salınması müşahidə olunur, biz digər banklarda keşbək faizlərinin artımını görürük. Yəni bu, bankların özünün həyata keçirdiyi bir siyasətdir.
Təbii ki, bazar zaman-zaman müəyyən səviyyəyə çatdıqca, yaxud bank öz məhsulu üzrə hədəflənmiş bazar payını əldə etdikdən sonra əlavə vəsait xərcləməkdən çox, artıq bu məhsuldan fayda əldə etmə strategiyası izləyir. İlk dövrlərdə daha cəlbedici şərtlər müştəri bazasının formalaşdırılması, bazar payının formalaşdırılmasına xidmət edir.
Bu gün bazarda müəyyən inkişaf səviyyəsi formalaşıb. Bankların bir çoxu hədəflərinə nail olublar. Artıq bazarın genişləndirilməsindən çox, məhsulun faydalı olması önə çıxır. Ona görə banklar yeni şərtlər tətbiq edirlər.
Amma bir məsələ var ki, bu şərtlər zamanla dəyişəndir. Bu gün daha aşağı keşbək və yaxud limit təklif edən bank, sabah bazarda həmin məhsula tələbatın aşağı düşməsi səbəbindən yenidən səmərəli təkliflər irəli sürə bilərlər”.
Cavidan Mirzəzadə
Demokrat.az