Əli Əsədov Beynəlxalq Konkisürmə Birliyinin prezidenti ilə görüşüb

GÜNDƏM 25 sentyabr 2025, 19:15

Azərbaycanın Baş naziri Əli Əsədov Beynəlxalq Konkisürmə Birliyinin prezidenti Co Yul Kimlə görüşüb.

Bu barədə  Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.

Görüşdə Azərbaycanda ilk dəfə olaraq yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Prinin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Ə.Əsədov idmanın inkişafının Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib, dövlət tərəfindən idmançılara göstərilən diqqət və qayğı barədə danışıb.

Söhbət zamanı həmçinin Azərbaycanda qış idman növlərinin inkişafı məqsədilə həyata keçirilən tədbirlərdən bəhs edilib, bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 sentyabr 2025, 18:51
Top