"Son illərdə, xüsusilə regionlarda “mini toy” adı altında təşkil edilən mərasimlər geniş yayılıb. Bu zaman restoranlardan yalnız məkan və avadanlıq icarəyə götürülür, qidalar isə toy sahibləri tərəfindən ev şəraitində hazırlanır. Belə halda nəzarət imkanları məhdudlaşır və qida təhlükəsizliyi ilə bağlı problemlər yaranır".
Bunu Demokrat.az-a açıqlamasında "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov deyib.
O, bildirib ki, qidaların hazırlanması zamanı sanitar-gigiyenik normalara çox vaxt riayət olunmur:
"Fərdi mühafizə vasitələrindən istifadə edilməməsi, qidanın düzgün saxlanmaması və temperatur rejiminin qorunmaması qanunvericiliyin tələblərinin pozulmasına səbəb olur.
Əlavə olaraq, ərzaqların keyfiyyət göstəriciləri aşağı olur, bəzən günəş altında saxlanılır, ətin açıq suda əridilməsi və ya kustar üsullarla kəsilməsi hallarına rast gəlinir. Bu da baytarlıq nəzarətindən kənar qida istifadəsi deməkdir və əlavə risklər yaradır".
Onun sözlərinə görə, nəticə etibarilə belə mərasimlərdə zəhərlənmə halları qaçılmaz olur:
"Açıqda saxlanılan qidalar, kustar üsullar, tibbi müayinədən keçməyən şəxslərin qida hazırlığında iştirakı təhlükəni daha da artırır. Bu səbəbdən qida təhlükəsizliyi qaydalarına riayət etmək hər bir vətəndaşın məsuliyyətidir".
Əfsanə Kamal
Demokrat.az