Zəngəzur dəhlizi Azərbaycana bir çox sahədən töhfə verəcək konseptual bir layihədir — Politoloq

GÜNDƏM 25 sentyabr 2025, 18:10
“Zəngəzur dəhlizinin açılmasının təkcə iqtisadi faydalarla məhdudlaşmır. Burada həm də siyasi əhəmiyyət və geosiyasi nəticələr mövcuddur”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib. 

O deyib ki, bu dəhliz vasitəsilə regionda təhlükəsizlik möhkəmlənir, böyük dövlətlər bu layihəyə maraq göstərir və geniş nəqliyyat dəhlizi formalaşır:

“Bu, Azərbaycanın geosiyasi əhəmiyyətini artırır, müstəqilliyini daha da gücləndirir və ölkəmizi regionda söz sahibi edir. Artıq Azərbaycan beynəlxalq platformalarda sadəcə iştirakçı yox, mövqeyini açıq bildirən və öz milli maraqlarını müdafiə edən bir aktora çevrilib. Zəngəzur dəhlizinin açılması həm də Azərbaycanın iqtisadi inkişafına təkan verir. Yeni investisiya imkanları yaradır və bu dəhlizdən istifadə edəcək ölkələrlə strateji tərəfdaşlığı gücləndirir. Bu da Azərbaycana yeni dostların və müttəfiqlərin formalaşmasına səbəb olur. Zəngəzur dəhlizi Azərbaycanın siyasi, iqtisadi və diplomatik gücünə ciddi töhfə verəcək konseptual bir layihədir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 sentyabr 2025, 18:51
Top