Borca görə qonşusuna xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 25 sentyabr 2025, 17:40
Şəmkir rayonunda 1994-cü il təvəllüdlü Ceyhun aralarında yaranan pul borcu mübahisəsi üstündə qonşusu Ayxana xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonunun Yuxarı Seyfəli kəndində 2022-ci ilin noyabrın 2-də baş verib. 

Ceyhunun həmkəndlisi və zərərçəkənin atası Murad ilə pul borcu yaranıb. Ceyhun və qardaşı Kamil Muraddan 3-4 il əvvəl, dəqiq məlum olmayan tarixdə Moskva şəhərində 200000  rus rublu məbləğində xurma meyvəsi alıblar. Bu alqı-satqısı nəticəsində qardaşların borcu yaranıb.

Elə hadisə gün, yəni noyabrın 2-də Ceyhunla Muradın arasında həmin borc pul məsələsinə görə mübahisə yaranıb. Ceyhun şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Muradın onu vuraraq ona dərəcəsi müəyyən edilməyən xəsarətlər yetirməsindən qəzəblənib.  Muraddan qisas almaq üçün onun gözünün qarşısında bıçaqla oğlu Ayxanın bədəninin müxtəlif nahiyələrindən vurub. 

Hadisəni törədən Ceyhunun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçi apellyasiya şikayəti verib. O, hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmü çıxarılmasını xahiş edib. 

Bu şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, şikayət qisminə təmin edilib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. 

Təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsindən həmin məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. O, 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 sentyabr 2025, 18:51
Top