"Şəxs vəfat edəndə, onun verdiyi etibarnamə avtomatik olaraq etibarsız sayılır. Çünki etibarnamə o deməkdir ki, həmin şəxsi təmsil edirsən. Şəxs vəfat etdikdə müddətinin dolub-dolmamasından asılı olmayaraq isə etibarnamənin qüvvəsi bitmiş olur".
Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Emil Aslanlı deyib.
"Əgər torpaq sahəsi ilə bağlı sənədlər varsa, onlar vərəsələr tərəfindən öz adlarına keçirilə bilər. Həmçinin vərəsələr imtina edərək həmin əmlakı bir nəfərin adına keçirə bilərlər. Daha sonra isə həmin torpaq sahəsini satmaq mümkündür. Ancaq belə halda heç kimə torpaq sahəsi almağı məsləhət görmürəm. Çünki gələcəkdə vərəsələr öz adına sənəd çıxarıb, torpağı satın alan şəxsdən geri tələb edə bilərlər".
Əfsanə Kamal
Demokrat.az