"Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının 80-ci sessiyasında iştirak edir. Sessiya çərçivəsində artıq bir sıra liderlər çıxış edib. Ölkə başçısının çıxışı sentyabrın 25-də planlaşdırılıb. Onun Nyu-York səfəri yalnız rəsmi çıxış və görüşlərdən ibarət deyil, həm də Azərbaycanın xarici investisiyalar sahəsində cəlbediciliyini artırmaq və yeni iqtisadi əməkdaşlıq imkanları yaratmaq baxımından böyük əhəmiyyət daşıyır".
Bunu Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
O, bildirib ki, prezidentin dünyanın ən nüfuzlu maliyyə idarəetmə şirkətlərinin rəhbərləri ilə görüşləri ölkənin maliyyə bazarlarında yaratdığı inamın göstəricisidir:
"“Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” kimi qlobal maliyyə qurumları yalnız sərmayə yatırmaqla kifayətlənmir, həm də iqtisadi trendləri formalaşdırır və kapitalın istiqamətini müəyyənləşdirirlər. Onların Azərbaycana marağı ölkənin regional və beynəlxalq iqtisadi arenada etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir. Bu, regionda sabitliyin təmin olunması və ABŞ-ın sülh prosesində iştirak etməsi kimi faktorlarla da əlaqədardır".
Politoloq bildirib ki, Azərbaycanın zəngin enerji resursları, inkişaf edən infrastruktur layihələri, əlverişli coğrafi mövqeyi və islahatlara əsaslanan iqtisadi siyasəti investorlar üçün cəlbedici imkanlar yaradır:
"BMT çərçivəsində keçirilən görüşlər Prezidentin beynəlxalq aləmdə nüfuzunu və ölkəyə marağın yüksək olduğunu nümayiş etdirir. Bu görüşlər qarşılıqlı faydalı əməkdaşlıqların genişlənməsinə zəmin yaradır.
Sentyabrın 25-də Prezident İlham Əliyev BMT Baş Assambleyasının ali tribunasında çıxış edəcək. Çıxışda əsas mövzu Ermənistanla sülh danışıqları, delimitasiya və kommunikasiyaların açılması üzrə irəliləyişlər olacaq. Bu, regionda sabitliyin və inkişafın təmin olunmasına töhfə verəcək. Eyni zamanda, qlobal çağırışlar, münaqişələr, ərzaq təhlükəsizliyi, iqlim dəyişiklikləri və enerji böhranı kontekstində Azərbaycan həm regional, həm də qlobal səviyyədə dialoqa və qarşılıqlı hörmətə əsaslanan siyasətini nümayiş etdirəcək".
Əfsanə Kamal
Demokrat.az