"İşğaldan azad olunan ərazilərdə geniş tikinti və bərpa işləri aparılır. Miqyas böyük olduğundan müəyyən problemlərin ortaya çıxması təbiidir. Landşaft, geoloji araşdırmalar və təbiət xüsusiyyətləri tikintinin sonrakı vəziyyətinə təsir göstərə bilər".
Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib.
O bildirib ki, bu ərazilər diqqət mərkəzindədir və digər bölgələr üçün nümunə olmalıdır:
"Ona görə tenderləri qazanan şirkətlər və podratçılar işə daha məsuliyyətlə yanaşmalıdırlar. Çünki bütün proseslər Prezidentin nəzarətindədir və dövlət tikinti sahəsində də nümunə ortaya qoymaq istəyir".
Ekspert deyib ki, artan təbii fəlakətlər sektordan daha diqqətli yanaşma tələb edir:
"Gələcəkdə oxşar problemlərin qarşısını almaq üçün tikinti başlamazdan əvvəl landşaft, torpaq qatları, yağış sularının istiqaməti mütləq araşdırılmalı, drenaj və kanalizasiya sistemləri düzgün qurulmalıdır.
Nəticə olaraq, Qarabağda tikinti aparan şirkətlər hər addımı dəqiq araşdırmalı və normativlərə uyğun hərəkət etməlidirlər. Çünki bu ərazilərin təbiəti Abşerondan fərqlidir və yağış, sel, temperatur kimi amillər xüsusi nəzərə alınmalıdır".
Əfsanə Kamal
Demokrat.az