Tanınmış jurnalist vəzifəyə təyin edildi

MEDİA 24 sentyabr 2025, 14:45
Tanınmış jurnalist Azər Niftiyev Azərbaycan Qiymətləndiricilər Palatasında İctimaiyyətlə Əlaqələr şobəsinin rəhbəri təyin edilib. 

25 ilə yaxındır peşəkar jurnalistika fəaliyyəti ilə məşğul olan A.Niftiyev respublikanın aparıcı qəzetlərində, informasiya agentliklərində və bir sıra xəbər portallarında rəhbər vəzifələrdə çalışıb. Onun rəhbərlik etdiyi Sosial Media Mərkəzi (SMM) və Azərbaycan Biznes Kommunikasiya Mərkəzi (ABC) PR, media, lobbiçilik, marketinq, sosioloji sorğular və digər istiqamətlərdə fəaliyyət göstərir.

Xatırladaq ki, Azərbaycan Qiymətləndiricilər Palatası ötən ilin noyabrın 30-da təsis edilib.  Palata "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna müvafiq olaraq qiymətləndirmə sektorunda inzibati tənzimləməni həyata keçirir və AQP-yə Nüsrət İbrahimov rəhbərlik edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 sentyabr 2025, 14:59
Top