Şəmkirdə 42 yaşlı kişi qardaşına xəsarət yetirdi

HADİSƏ 24 sentyabr 2025, 16:11
Şəmkir rayonunda 42 yaşlı kişi ailə münaqişəsi zəminində qardaşına xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 11-də baş verib. 1983-cü il təvəllüdlü Cavid həmin gün gecə saat 2 radələrində qardaşı Əli (adlar şərtidir – red.) ilə mübahisə edib. 

Onların yaşadıqları evin yataq otağında aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı yumruq və təpik zərbələri ilə Əlinin baş, sifət nahiyəsinə qəsdən vurub. 

Hadisəni törədən Cavidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, zərərçəkmiş Əli onun doğma qardaşıdır: 

“Əli mütəmadi olaraq spirtli içki qəbul edərək mənimlə münaqişə edir və məni təhqir edir. Bu səbəbdən aramızda bir müddətdir ki xoş münasibət yoxdur. Martın 10-da Əli  yenə də spirtli içki qəbul edərək yaşadığım evə gəldiyi üçün ona etiraz etdim. 

O, isə məni söyüb təhqir etdi. Mən axşam saatlarında onun vəfat etmiş anmamıza qarşı söyüşləri yadıma düşdü. Martın 11-də, gecə saat 2 radələrində Əlinin yaşadığı evə gəldim. Onun yataq otağına daxil oldum. Həmin vaxt Əlinin yataqda yatdığını  aşkarladım. Əsəbləşərək onun baş, sifət və digər nahiyyələrindən yumruq və təpik zərbələri vuraraq onu döydüm”.

İş üzrə zərərçəkmiş Əlinin sözlərinə görə, qardaşı Cavid onun yaşadığı fərdi yaşayış evi olan həyətdə özünə fərdi yaşayış evi tikib və bu səbəbdən də ona orada yaşamağa icazə vermir: 

“Qardaşım ilə aramızda mütəmadi problemlər və münaqişələr olduğu üçün müxtəlif vaxtlarda qorxaraq evi tərk etmişəm. Martın 10-dan 11-nə keçən gecə saat 2 radələrində yataq otağında yatarkən qardaşım yanıma gəldi. Mən yataqda yuxulu vəziyyətdə olarkən məni döyməyə başladı. O, təpik və yumruq zərbələri ilə məni döydü. Daha sonra mən bu barədə martın 12-də Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət etdim”.

Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə hökm çıxaran zaman onların barışıq əldə etməsini nəzərə alıb.
Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top