Lerik rayonunda 35 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin yanvarın 23-də rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1990-cı il təvəllüdlü Fərman həmin gün saat 13:40-da həmkəndlisi Əli (adlar şərtidir – red.) ilə mübahisə edib. Onların arasında olan mübahisə dava-dalaşa çevrilib.
Dava xamanı Fərman əlindəki bel və təpik-yumruq zərbələri ilə zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə vurub.
Hadisəni törədən Fərmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birliklə Lerik rayonunun kəndində yaşayır:
“Zərərçəkmiş şəxsi tanıyıram, həmkəndlimdir. Yanvarın 23-də, saat 13:00-da kənd ərazisində yerləşən Aqilin həyətindən keçən su xətti qırıldığı və həyətimə su gəlmədiyi üçün ora getdim. Zərərçəkmiş Əli isə Aqilin həyətində qoyun otardı. Bu zaman mənə yaxınlaşaraq nə üçün bura gəldiyimi deyərək üstümə hücum çəkdi. Əlindəki çomaqla qollarıma, belimə, başımın arxa nahiyəsinə vurdu.
Mən də dava-dalaş zamanı əlimdəki bel ilə və təpik-yumruq zərbələri ilə zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona xəsarət yetirdim”.
Bu cinayət işinə Lerik Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlər barışıb. Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az