YapiKredi Müraciət Forması
Cəmiyyət Özəl

Bu ərazilərdə ev tikməyin 25 min manat cəriməsi var — Qanun

Bu ərazilərdə ev tikməyin 25 min manat cəriməsi var — Qanun

Torpaq sahəsində fərdi yaşayış evi tikməzdən əvvəl müvafiq hüquqi prosedurlara riayət edilməlidir

Bəs ev tikintisi üçün hansı quruma müraciət edilməli, icazəsiz tikinti aparan şəxsləri hansı hüquqi məsuliyyət gözləyir? Qanunsuz tikilmiş evlərin sonradan rəsmiləşdirilməsi mümkündürmü?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Amid Əsgərov bildirib ki, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisi üçün icazə alınması tələb olunmur.

Bu ərazilərdə ev tikməyin 25 min manat cəriməsi var — Qanun

Onun sözlərinə görə, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən, aşırımlarının uzunluğu isə 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir.

"Binanın hündürlüyü "0" səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsinədək) ölçülür. Bu cür evlərin tikintisi üçün layihənin yalnız zirzəmilərin, mərtəbələrin və dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma bölməsinin, habelə tikinti ərazisinin baş planı bölməsinin hazırlanması tələb olunur".

Vəkil bildirib ki, sifarişçi tikintiyə başlamazdan əvvəl müvafiq icra hakimiyyəti orqanına və ya onun yaratdığı quruma tikinti niyyəti barədə məlumat verməlidir.

"Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və Məcəllədə nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya onun yaratdığı qurum tərəfindən 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və pozulan tələblər dəqiq göstərilməklə əsaslandırılmalıdır".

Vəkilin sözlərinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-2-ci maddəsinə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikintisinə Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş əsaslar olmadan başlanılmasına görə inzibati məsuliyyət nəzərdə tutulur.

"Fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək, hüquqi şəxslər isə 15 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir".

Müəllif: Nuray Paşşanlı

Editor
Redaktor