YapiKredi Müraciət Forması
Dünya Özəl

Finlandiya Prezidenti: "Ermənistan və Azərbaycanın 30 ildən sonra Aİ üzvü olmaq şansı var"

Finlandiya Prezidenti: Ermənistan və Azərbaycanın 30 ildən sonra Aİ üzvü olmaq şansı var

"Genişlənmə Avropa İttifaqının əsas xarici siyasət hədəflərindən biridir"

Demokrat.az-ın məlumatına görə, bunu Finlandiya Prezidenti Aleksandr Stubb bildirib.

"Mənim baxışım belədir: 30 ildən sonra Avropa İttifaqının təxminən 40 üzv dövləti olacaq. Bu, dünyadakı bütün ölkələrin 20%-i deməkdir. Üzvlük strukturu, eynilə bu gün olduğu kimi, müxtəlif olacaq. Hamı avronu öz valyutası kimi istifadə etməyəcək. Lakin Avropa İttifaqı indiki halından xeyli daha böyük olacaq. Şəxsən mən Qərbi Balkan ölkələrinin, eləcə də Ukrayna və Moldovanın onun tərkibində olmasını istərdim. Təbii ki, İslandiya, Norveç, İsveçrə və Birləşmiş Krallığın da bura daxil olmasını arzulayardım. Kanada isə, heç olmasa, assosiativ üzv qismində iştirak edə bilərdi. Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan kimi digər ölkələrə gəldikdə isə, bu, onların gələcək inkişafından asılı olacaq", - deyə o vurğulayıb.

Alparslan