Qaradağda gecəyarısı cinayət: İki dost qadınlarla əyləndilər, sonra isə... — TƏFƏRRÜAT

HADİSƏ 24 sentyabr 2025, 15:32
Bakının Qaradağ rayonunda 28 yaşlı oğlan mübahisə etdiyi şəxsə xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin avqustun 23-də, gecə saat 1 radələrində  rayonunu Lökbatan qəsəbəsi, “Qobu park 1” yaşayış kompleksində 9 saylı binanın yaxınlığında baş verib. 

Ağdam rayon sakini, 1997-ci il təvəllüdlü Məmməd həmin vaxt  qadınla söhbətləşib, əylənərkən həmin yerdə yaşayan Vaqif (adlar şərtdir – red.) ona yaxınlaşıb. 

Vaqif Məmmədi əxlaqsızlıq da ittiham edərək nalayiq ifadələrlə təhqir etdiyinə görə onların aralarında  mübahisə yaranıb. Yaranmış mübahisə zamanı Məmməd yumruqla zərərçəkmiş şəxsin sifət nahiyəsinə 1 dəfə zərbə vurub. 

Daha sonra onu yerə yıxıb və təpik zərbələri endirməkdə davam edib. Bu hərəkətləri ilə Məmməd Vaqifə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Məmmədin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, Səid adlı şəxslə gecə saat 01:00-da gəzərkən iki nəfər xanım ilə rastlaşıb: 

“Həmin xanımlar bizə əllərimizdə spirtli içki olduğundan oradan kənarlaşmağımızı xahiş etdilər. Adını sonradan bildiyim Vaqif adlı şəxs bizi təhqir etdiyinə görə aramızda baş vermiş mübahisə zəminində onun göz nahiyəsinə yumruqla zərbə vurdum. Sonra hadisə yerindən uzaqlaşdım”. 

Zərərçəkmiş Vaqifin sözlərinə görə, “Qobu Park 2” ərazisində yaşayır, sürücü işləyir: 

“Hadisə günü gecə işdən evə gedərkən təxminən saat 01:00-da Məmmədi 2 nəfər qızla gördüm. Məmmədə yaxınlaşdım və həmin ərazinin yaşayış məntəqəsi olduğunu dedim, hərəkətin yaxşı hərəkət olmadığını bildirdim. Hadisə zamanı həm mən, həm də təqsirləndirilən şəxs içkili vəziyyətdə olmuşuq. Lakin təqsirləndirilən şəxsə qarşı söyüş söymədən ona davranışı ilə əlaqədar iradlarımı bildirmişəm. 

Təqsirləndirilən şəxs isə həmin irada görə yumruqla göz nahiyəmə xəsarət yetirib. Təpiklə vurulduğumu sonradan hiss etmişəm. Ayıldıqdan sonra bacım oğluna zəng etdim”. 

İş üzrə şahid qismində ifadə verən Səidin bildirdiyinə görə, təqsirləndirilən Məmməd dostudur, onunla yaxın münasibətləri var: 

“Avqustun 22-də dostu ilə birlikdə toy şənliyində olmuşuqş. Biz bir qədər yeyib-içdikdən sonra məclisdən çıxaraq yaşadığımız “Qobu Park”a gəldik. Avqustun 23-də, gecə saat 1 radələrində “Qobu Park” ərazisindəki istirahət parkından keçərkən iki nəfər  tanımadığımız qızın oturduğunu gördük. Onlara yaxınlaşaraq tanış olduq. Sonra isə bir qədər kənara çəkildik. Orada qızlarla deyib-gülməyə qərar verdik. Biz mağazaya gedərək özümüzə spirtli içki, günəbaxan tumu və digər şeylər aldıqdan sonra binaların arxasında dərə kimi olan yerə gəldik. Oradakı konteynerin arxasında əyləşdik ki, bizi binalardan görən olmasın. Biz qızlarla içki içib, deyib gülərkən bir nəfər şəxs “Qobu Park” sakini kimi tanıdığım, lakin adını sonradan bildiyim Vaqif bizə yaxınlaşdı. Mən konteynerin kənarında oturduğum üçün yaxınlaşaraq alışqan istədi. Cibindəki alışqanı Vaqifə verdim. Vaqif sərxoş olduğundan damağındakı siqaret yerə düşdü. Mən öz siqaretimdən birini çıxararaq ona verdi. Vaqif bizim yanımızda dayandı. Bu zaman Məmməd Vaqifə “ağsaqqal bizi bağışlaya bilərsən, burda istirahət edirik” deyə müraciət etdi. Vaqif isə dedi ki, burdan gedin, binadan sizi görürlər. Bu zaman qızlar ayağa qalxaraq yanımızdan aralaşdılar, yol tərəfə getdilər. Mən qızların arxasınca getdim, Vaqiflə Məmməd orada qaldılar. Bu zaman onların arasında mübahisə baş verdi. Qızlar getdikdən sonra onların yanına geri qayıtdım. Bu zaman Vaqiflə Məmməd arasında mübahisə daha da dərinləşdi. Onlar biri-birilərinin yaxasından yapışaraq  dartışdılar. 

Mübahisə zamanı Vaqif Məmmədin anasının ünvanına nalayiq ifadələr işlətdi. Məmməd isə yumruqla bir dəfə onun sifət nahiyəsindən vurdu. O da arxası üstə yerə yıxıldı. Bundan sonra Məmməd ayağı ilə Vaqifin sifətindən zərbələr vurdu. Mən dərhal Vaqifi aralaşdıraraq kənara çəkdim. Həmin vaxt zərərçəkmiş ayağa qalxaraq təqsirləndirilən şəxsin üstünə gəldi. Mən Məmmədi saxlaya bilmədim. O, yenidən Vaqiflə dava etməyə başladı. O, Vaqifin sifət nahiyəsindən bir neçə dəfə yumruqla vurdu”. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Məmməd 3 il müddətinə azadlıqdan məhrum edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top