Lənkəranda xadiməyə şiddət göstərən müavini hansı cəza gözləyir? — AÇIQLAMA

SOSİAL 24 sentyabr 2025, 14:53
"Döyülən şəxslər hüquq-mühafizə orqanlarına məlumat verdikdən sonra ekspertizadan keçirilir. Ekspert tibbi müayinədən sonra xəsarətin dərəcəsini müəyyən edir".

Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Emil Aslanov deyib. 

Vəkil bildirib ki, əgər xəsarət yüngül xarakterlidirsə, cinayət tərkibi yarana bilər:



"Əgər xəsarətin dərəcəsi dəqiq müəyyən edilmirsə, bu halda belə xuliqanlıq tərkibi formalaşa bilər. Yəni həm yüngül xəsarət hallarında, həm də dərəcəsi müəyyən olunmadıqda xuliqanlıq tərkibinin yaranması mümkündür.

Belə hallarda ya cinayət, ya da inzibati tərkib yaranır. Hər bir halda, əgər xəsarət varsa, məsələn, üzdə göyərmə və ya hematoma müşahidə edilirsə, artıq cinayət tərkibinin mövcudluğundan söhbət gedə bilər".

Qeyd edək ki, Lənkaranda məktəblərdən birində direktor müavini şagirdə və onu müdafiə edən xadimə qadına şiddət göstərib. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 sentyabr 2025, 14:59
Top