"Ümumiyyətlə, informasiya sistemlərinə daxil olduqda müəyyən portallar üzərindən bəzən məhdudiyyətlər, çətinliklər, fasilələr və dayanmalara rast gəlinir. Bu, əsasən infrastrukturun yetərsizliyi ilə bağlıdır. İnfrastrukturla bağlı dəqiq fikir söyləmək üçün isə ya audit təşkil olunmalı, ya da müvafiq dövlət qurumları bunu nəzarətdə saxlamalıdır".
Bu sözləri Demokrat.az-a açıqlamasında informasiya texnologiyaları üzrə mütəxəssis Fərhad Miralıyev deyib.
O bildirib ki, məqsəd vətəndaşlara xidmət göstərən portallarda mütəmadi olaraq fasilələr və məhdudiyyətlər yaşanmamasıdır:

"Mövcud təcrübəyə əsaslanaraq infrastrukturu iki hissəyə bölmək olar: proqram təminatı və aparat təminatı. Hər iki istiqamətdə problemlərin olması mümkündür. Aparat təminatı baxımından əsas məsələ proqram təminatının yerləşdiyi serverlərdir. Serverlər daxildə və ya xaricdə yerləşən bulud həllərində, yaxud müəssisənin özünün daxili serverlərində ola bilər. Hər bir halda orada problemlərin yaranması mümkündür".
Ekspert deyib ki, proqram təminatı ilə bağlı isə daha az problem olduğunu düşünür:
"Lakin proqram təminatı istifadəyə verildiyi zaman stress testdən keçirilməlidir. Bəzən yüksək yüklənmə zamanı proqram təminatı dözümsüz ola bilər, nəticədə sistem dayanır, fasilələr yaranır və inzibatçı müdaxiləsinə ehtiyac duyulur.
Yenə də dəqiq fikir söyləmək üçün həmin sistemə lokal baxış keçirilməsi mütləqdir".
Qeyd edək ki, son dövrlər xəstəxanalarda TƏBİB-in sisteminin çökməsi nəticəsində növbə problemi yaranır.
Əfsanə Kamal
Demokrat.az