“ABŞ Nümayəndələr Palatasında anti-Azərbaycan mövqeyində olan konqresmenlər kifayət qədər çoxdur. Xüsusən də, burada erməni lobbisinin və yunan lobbisinin təsiri altında olan qrupların anti-Azərbaycan qərarların qəbulunda rol oynadığı görünür”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.
O bildirib ki, ABŞ Nümayəndələr Palatasındakı müvafiq komitələrdə ermənipərəst və yunanpərəst qüvvələr hələ də aktivdir:
“Bu qüvvələr Azərbaycana qarşı yönəlmiş 907-ci düzəlişin ləğvinə qarşı çıxırlar. Böyük ehtimalla Prezident bu düzəlişi yenidən donduracaq. Amma bizim əsas istəyimiz bu idi ki, 907-ci düzəliş tamamilə ləğv olunsun. Çünki bu düzəliş Azərbaycan üçün haqsız və ədalətsiz idi. Bu düzəlişin tamamilə ləğv olunması hələlik mümkün deyil. ABŞ Konqresində, xüsusilə də Nümayəndələr Palatasında anti-Azərbaycan mövqeyi tutan, erməni və yunan lobbilərinin təsiri altında olan güclü qruplar var və bu qruplar Azərbaycan–ABŞ münasibətlərinin normallaşmasına maneə yaradırlar”.
Politoloq diqqətə çatdırıb ki, ABŞ-Azərbaycan münasibətləri kifayət qədər strateji əhəmiyyətə malikdir:
“Xüsusilə son dövrlərdə, Tramp administrasiyası dövründə bu, bir daha aydın şəkildə göründü. Amma buna baxmayaraq, ABŞ Konqresində müəyyən dairələr hələ də bu münasibətlərin tam stabilləşməsinə və inkişafına mane olurlar. Bu da ikitərəfli əməkdaşlıqda bəzi gərginliklərə səbəb olur. Əlbəttə ki, enerji sahəsində, təhlükəsizlik məsələlərində, terrorizmlə mübarizə sahəsində və geostrateji nəqliyyat dəhlizləri ilə bağlı əməkdaşlıq davam etməkdədir və bu sahələrdə münasibətlərdə pozitiv dinamika var. 907-ci düzəliş məsələsi ABŞ-Azərbaycan münasibətlərində həmişə bir problemli məqam olaraq qalır. Gələcəkdə bu məsələyə yenidən baxılacaq və onun aradan qaldırılması üçün tərəflər səylərini davam etdirəcəklər”.
Leyla Turan
Demokrat.az