Forum Azərbaycana təxminən 5 milyard dollarlıq fayda gətirəcək — AÇIQLAMA

GÜNDƏM 25 sentyabr 2025, 17:19
"Bakıda keçirilən I İnvestisiya Forumu müstəqil Azərbaycanın tarixində ilk belə tədbirdir. Vətən müharibəsindən sonrakı dövrdə və yeni dünya düzəni şəraitində xarici investisiyaların cəlbi baxımından mühüm əhəmiyyət kəsb edir".

Bu sözləri Demokrat.az-a açqılamasında politoloq Aydın Quliyev deyib. 

O bildirib ki, Forumda dünyanın nüfuzlu şirkətləri və bir sıra dövlətlərin nümayəndələri ilə əhəmiyyətli razılaşmalar və sazişlər imzalanıb:



"Xüsusilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər ərəb ölkələrinin şirkətləri ilə bağlanan müqavilələr strateji xarakter daşıyır. Alternativ enerji mənbələrinin inkişafı, Xəzər suyunun saflaşdırılması və istifadəyə yararlı hala gətirilməsi kimi layihələr ölkə üçün xüsusi önəmlidir.

Forumun ilk günü imzalanan sazişlərin Azərbaycana təxminən 5 milyard dollarlıq fayda gətirəcəyi açıqlanıb. Bundan əlavə, metallurgiya sahəsində razılaşmaların da yaxın illərdə iqtisadiyyata 13–15 milyard dollar dəyərində töhfə verməsi gözlənilir.

Beləliklə, I İnvestisiya Forumu Azərbaycanın biznes və sərmayə mühitinin təqdimatında yeni mərhələ açır və ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 sentyabr 2025, 18:51
Top