İnsanlar qanunu pozmaq üçün yeni yollar axtarmalı deyil — Deputat

GÜNDƏM 25 sentyabr 2025, 17:09
“Qohum evliliklərinə qoyulmuş qadağaların məqsədi vətəndaşları gələcəkdə bir sıra təhlükələrdən qorumaqdır. Təəssüf ki, dövlət bu məsələlərə baxdıqca, biz vətəndaşların dəstəyini gözlədiyimiz halda, onların yeni cinayətlər üçün yollar axtardığına şahid oluruq. Bu, bizi ciddi şəkildə narahat etməlidir”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. O bildirib ki, bu gün dünyada hər 39 uşaqdan biri xəstədir:

“Biz də çalışmalıyıq ki, uşaqların sağlam böyüməsi üçün addımlar ataq. Buna da vətəndaşlar kömək etməlidir, vətəndaşlar qanunu pozmaq üçün yeni yollar tapmalı deyillər. Onlar çalışmalıdır ki, dövlətə öz dəstəklərini ifadə etsinlər.

Bu addım çıxış yolu deyil, sabah valideyn peşman olacaq. Ola bilər 1-2 faizdə bu hal baş verməsin, amma o demək deyil ki, baş verməyəcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan iddialara görə, bəzi valideynlər uşaqlarını qohumla evləndirə bilmək üçün formal olaraq onu övladlıqdan çıxarırlar.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 sentyabr 2025, 18:51
Top