Vladimir Zelenski fransız mətbuatına müsahibəsində istisna etməyib ki, Ukrayna nizamlanması “Koreya bölgüsü nümunəsi ilə” baş tuta bilər. Rusiyanın ekspert cəmiyyəti buna birmənalı şəkildə mənfi reaksiya verib: “Rusiya özünə məxsus ərazilərdə konstitusiyaya görə marionet dövlət yaratmayacaq”. Moskvada Zelenskinin bəyanatı Rusiyanın “ərazi qazanclarını hüquqi cəhətdən tanımaqdan yayınma hiyləsi” kimi qəbul edilib.
Sentyabrın 5-də Vladivostok İqtisadi Forumundakı çıxışında Vladimir Putin bəyan edib ki, hətta siyasi iradə göstərilsə belə, əsas məsələlərdə Ukrayna ilə razılaşmaq, görünür, mümkün olmayacaq.
Bundan əvvəl “Ankoric sazişləri”nin dağıldığını qeyd etmişdik. Putinin bu olduqca sərt bəyanatı deyilənləri təsdiqləyir. Rusiya prezidenti Vladivostoka Pekindən gəlib, orada keçirilən hərbi paradda Rusiya, Çin və Şimali Koreya liderlərinin birgə fotosu Moskva-Pekin-Pxenyan strateji ittifaqının açıq təzahürü olub.
Bu fonda NATO-nun baş katibi Rutte Vladimir Putini “Texasın qubernatorundan artıq bir şey deyil” adlandırıb. O, bunu ABŞ-nin həmin ştatının illik ÜDM-nin Rusiyanı 37 faiz üstələməsi ilə əsaslandırıb. Rutte bildirib ki, Putini “həddindən artıq ciddi qəbul etmək lazım deyil, xüsusilə də superdövlət lideri kimi”.
Öncəki gün “Bloomberg”in məlumatlı mənbələrinin yazdığına görə, Avropa liderləri və Avrokomissiya prezidenti ABŞ prezidenti ilə “çətin söhbət” aparıblar. Onlar hər dəfə Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” elan edib, əslində heç nə etməməsində Vaşinqtonu ittiham ediblər. Digər mənbələr iddia edir ki, Yelisey sarayında görüş başlayandan 20 dəqiqə sonra ABŞ prezidentinin xüsusi nümayəndəsi Uitkof “danışıqlar zalını tərk edib”.
Rusiyanın texnoloji və iqtisadi geriliyi barədə hətta NATO baş katibi səviyyəsində danışmaq olar. Amma real siyasi rejimdə hələlik iradəni Moskva diktə edir. Sual budur ki, bu, postsovet məkanına, Cənubi Qafqaza və xüsusilə Ermənistan-Azərbaycan nizamlanmasına necə təsir göstərəcək? Və ən əsas ekzistensial sual budur: Putini az qiymətləndirmək daha təhlükəlidir, yoxsa onu şişirtmək? (Ordu.az)