Dəniz sahilində kütləvi zəhərlənmə — Xəstəxanaya çatdırıldılar

HADİSƏ 08 sentyabr 2025, 15:06
Xızı rayonunun Giləzi qəsəbəsində kütləvi zəhərlənmə olub.

Demokrat.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, 8 nəfər zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər xəstəxanasına çatdırılıb.

Qeyd edilib ki, zəhərlənənlərin hamısı qohumdur. Onlar dünən Giləzidə dəniz sahilində qohumlarının tələbə olması ilə bağlı məclisdə iştirak ediblər. Belə ki, hər ailə özü ilə müxtəlif qidalar gətirib və birgə yeyib-içiblər.

Zəhərlənən şəxslərin həyatına təhlükə olmadığı bildirilib. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 sentyabr 2025, 18:56
Top