“Azərbaycanda ət qiymətlərinin bahalaşmasının əsas səbəbi mal-qaranın sürətlə azalmasıdır”.
Bunu Demokrat.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib.
O əlavə edib ki, son 5 ildə ölkədə iribuynuzlu heyvanların sayı 181 min, qoyun-keçilərin sayı isə 1,3 milyon baş azalıb:
“Buna yem bazasının daralması, pambıqçılığa üstünlük verilməsi, fermer siyasətində boşluqlar, torpaq zəbt olunması və inflyasiya təzyiqi səbəb olub. Fermerlər dəstək əvəzinə daha çox çətinliklə üzləşir. Nəticədə heyvandarlıqdan imtina edib şəhərə üz tuturlar. Qarabağ və Şərqi Zəngəzur kimi azad olunmuş ərazilər maldarlığın inkişafı üçün böyük imkanlar yaratsa da, düzgün məskunlaşma və idarəetmə siyasətinin olmaması bu potensialın reallaşmasına mane olur. Ət bahalaşmasının kökündə struktur problemlər, yanlış dövlət siyasəti və səriştəsiz idarəçilik dayanır. Bu məsələlər həll olunmadıqca qiymətlərin sabitləşməsi real görünmür”.
Leyla Turan
Demokrat.az