"Ağır yüklü kamazların təhlükəsizliyi bir neçə vacib amildən asılıdır. İlk növbədə bu maşınların mütəmadi texniki baxışdan keçirilməsi, xüsusilə əyləc sistemi, təkərlər və işıqlandırmanın saz vəziyyətdə saxlanılması olduqca vacibdir. Yüklərin normativ çərçivədən artıq götürülməməsi və maşında bərabər şəkildə yerləşdirilməsi qəza riskini xeyli azaldır".
Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib.
O, bildirib ki, digər tərəfdən, sürücülərin xüsusi təlim keçməsi, yol hərəkəti qaydalarına əməl etməsi və istirahət rejiminə riayət etməsi əsas şərtlərdəndir:
"Əgər texniki baxış vaxtında aparılmırsa və maşınların sazlığı yoxlanılmırsa, belə yük maşınları yollarda “zamanla yarışan bombaya” çevrilir. Əyləc sistemi, təkərlər və sükan mexanizmlərindən hər hansısa biri sıradan çıxarsa, nəticə faciəli ola bilər".
Onun sözlərinə görə, yükün miqdarı və düzgün yerləşdirilməsi də təhlükəsizlik üçün həlledici amildir:
"Normadan artıq yük götürülməsi və ya yükün bərkidilməməsi maşının ağırlıq mərkəzini dəyişdirir. Bu isə kəskin döngədə və ya enişdə maşını idarəolunmaz hala gətirə bilər. Nəticədə hər artıq kiloqram təhlükənin çəkisini artırır".
Ekspert bildirib ki, sürücü faktoru isə ən həlledici məqamdır:
"Ağırtonnajlı maşını idarə edən sürücü sadəcə sükan arxasında oturmur, həm də yüzlərlə insanın həyatına cavabdeh olur. Yorğunluq, bir saniyəlik diqqətsizlik kilometrlərlə faciənin başlanğıcı ola bilər. Bu səbəbdən sürücülərin xüsusi hazırlıq keçməsi, iş və istirahət rejiminə əməl etməsi mütləqdir".
Ekspert qeyd edib ki, ifrastruktur da böyük rol oynayır:
"Körpülərdə, enişlərdə, dar yollarda xəbərdarlıq nişanlarının düzgün yerləşdirilməsi və ağırtonnajlı maşınlar üçün ayrıca hərəkət zolaqlarının seçilməsi qəza riskini əhəmiyyətli dərəcədə azaldır".
Əfsanə Kamal
Demokrat.az