“Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında tam üzvlük statusu əldə etmək üçün Çin və Pakistanın dəstəyini almasına baxmayaraq Hindistan və Rusiyanın birgə müqaviməti ilə qarşılaşdı”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O bildirib ki, bu blokadada Hindistanın qərarı təkcə Delhinin deyil, həm də Rusiyanın aktiv dəstəyi ilə həyata keçirildi:
“Azərbaycan coğrafi mövqeyi və enerji resursları ilə regionun açar ölkəsi kimi ŞƏT-ə böyük dəyər qatır. Lakin Rusiya öz hegemon maraqlarını qorumaq üçün bu prosesi əngəllədi. Hindistan 4-5 ay ərzində ardıcıl olaraq Azərbaycanın üzvlüyünə qarşı çıxdı. Digər üzv dövlətlər də bunun Hindistanın təşəbbüsü olduğunu gördülər.Azərbaycanda Ermənistan-Azərbaycan münaqişəsini həll etmək və regional sabitliyi təmin etmək üçün konkret addımlar atılıb.44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa edib. Rusiya böyük güc statusundan istifadə edərək digər ölkələrin beynəlxalq təşkilatlara üzvlük hüququnu məhdudlaşdırır. Öz geosiyasi maraqlarını üstün tutur”.
Politoloq əlavə edib ki, Bakı öz xarici siyasətində müstəqil mövqe nümayiş etdirir:
“Heç bir böyük gücün təsir dairəsinə tam şəkildə daxil olmur. Azərbaycının ŞƏT üzvlüyünün bloklanması məsələsi Rusiya və Hindistan arasında siyasi məsləhətləşmələrdə müzakirə edildi və razılığa gəlindi. Azərbaycan Orta Asiya və Cənubi Qafqaz arasında körpü rolunu oynayaraq regional inteqrasiyanı gücləndirə bilərdi, lakin Rusiya bu imkanları öz maraqlarına uyğun gəlmədiyi üçün məhdudlaşdırır. İndi Hindistan məsuliyyəti yerdəyişməyə çalışır. Rusiyanın köməyi ilə bu qərarı aldığını dərk edir. Bakının apardığı konstruktiv enerji siyasəti və regional layihələrdəki fəal iştirakı təqdirəlayiqdir. Azərbaycan iqtisadi inkişafı və enerji diplomatiyası ilə beynəlxalq arenada öz mövqeyini möhkəmləndirməyə davam edir.Bu tip qeyri-ədalətli blokadalar Azərbaycanın qətiyyətini daha da artırır. Ölkənin alternativ beynəlxalq platformalarda fəallığını stimullaşdırır. Rusiya və Hindistanın bu yanaşması uzunmüddətli perspektivdə öz maraqlarına ziyan vura bilər, çünki Azərbaycan regional iqtisadiyyatda mühüm rol oynayır. Azərbaycının ŞƏT-ə qəbulu təşkilatın Qafqaz regionundakı təsirini artıracaq və Çin-Pakistan-Azərbaycan əlaqələrini möhkəmləndirəcək, hansı ki onsuz da əlaqələr mükəmməl səviyyədədir. Lakin Moskva və Dehli bu geosiyasi dəyişikliyi istəmir. Bakının diplomatik səyləri və addımlarının beynəlxalq hüququn tələblərinə uyğunluğu bu tip maneələrə baxmayaraq ölkənin beynəlxalq nüfuzunu artırmağa davam edir”.
Leyla Turan
Demokrat.az