Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

HADİSƏ 08 sentyabr 2025, 17:22
Lənkəranda yol-nəqliyyat qəzası baş verib.

Demokrat.az xəbər verir ki, hadisə şəhərin "Kiçik bazar" adlanan dənizkənarı ərazidə qeydə alınıb.

Hadisə nəticəsində "Land Rover" və "KİA" markalı minik avtomobilləri toqquşub.

Qəzada "Land Rover"in sürücüsü 1973-cü il təvəllüdlü rayon sakini Elçin Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, E. Ağayev müğənni Cavad Rəcəbovun yeznəsidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 sentyabr 2025, 18:56
Top