Rüfət Səfərovun vəkilinin vəsatəti təmin edildi

HADİSƏ 08 sentyabr 2025, 13:56
Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrataz "Teleqraf"a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət verib.

Vəkil müvəkkilinin onunla yanaşı əyləşməsinə şərait yaradılmasını istəyib. Vəsatət təmin olunub və Rüfət Səfərov vəkilləri ilə yanaşı əyləşdirilib.

Daha sonra R. Səfərov dövlət ittihamçısı suallarına cavab verib. O, dələduzluq ittihamı, həmçinin zərərçəkmiş Natiq İmamqulyevə xəsarət yetirilməsi iddiası ilə bağlı məsələlərlə bağlı sualları cavablandırıb.

Növbəti proses sentyabrın 29-da davam edəcək

Qeyd edək ki, ötən ilin dekabrın 3-də Natiq İmamquliyev Rüfət Səfərov barəsində Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə şikayət edib. Natiq İmamquliyev şikayətində 60 min manatını Rüfət Səfərovun ələ keçirdiyini iddia edib. Rüfət Səfərov isə onu tanımadığını deyib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) 127.2.3-cü (ümumi təhlükəli üsulla və yaxud xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 sentyabr 2025, 18:56
Top