Cərimə fotoları və vətəndaş narazılığı — EKSPERTDƏN AÇIQLAMA

GÜNDƏM 08 sentyabr 2025, 16:51
Yol hərəkəti qaydalarını pozan sürücülərin fotoları bəzən açıq şəkildə göstərilir. Bu isə bir sıra vətəndaşların narazılığına səbəb olur.

Mövzuya aydınlıq gətirmək  üçün nəqliyyat eksperti Aslan Əsədov Ajans.az-a  açıqlama verib. 

Ekspert bildirib ki, bəzən çəkilişlərin aparılmasında istisna hallar var. Vətəndaşlar da bununla razılaşmır. Bu isə problemlərə yol açır. 

Aslan Əsədov qeyd edib ki, vətəndaşlar maşını onun sürmədiyini və ya nömrələrin qarışdığını bəhanə edərək, cərimədən yayınırlar. Bu hallarda, sübut üçün şəkillər çəkilir və həmin şəxslərin şəxsi kabinetlərinə yerləşdirilir. 

Həmin şəkillər maddi sübut kimi problemli anlarda lazım olur. Həmin şəkillərin paylaşılması ciddi qanun pozuntusu hesab edilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 sentyabr 2025, 18:56
Top