Laçında ağır qəza — Ölən var

HADİSƏ 08 sentyabr 2025, 14:08
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Laçın rayonu, Soyuqbulaq kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Demokrat.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “XCMG” markalı traktor dərəyə aşıb, 1 nəfər nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 sentyabr 2025, 18:56
Top