Ekspert: "Yük maşınları nəzarətsiz qaldıqca faciələr qaçılmazdır"

GÜNDƏM 08 sentyabr 2025, 18:01
“Biləcəridə baş verən qəza göstərdi ki, yük maşınları həqiqətən ciddi təhlükə mənbəyidir”.

Bunu Demokrat.az-a açıqlamasında avtomobil üzrə ekspert Elgiz Mehdiyev bildirib.

Onun sözlərinə görə, yük maşınlarının çəkisi böyükdür, qəza zamanı nəticələr çox ağır olur:

“Sürücülərin adı olsun deyə vəsiqələri var.  Bir çox sürücülər peşəkar hazırlığa malik deyil, qaydalara düzgün əməl etmir. Texniki nasazlıq, sürücünün yorğunluğu və diqqətsizliyi, yol infrastrukturunun zəifliyi də əsas səbəblərdəndir. Bundan əlavə, yük maşınlarının texniki baxışı və nəzarət mexanizmləri yetərli işləmir. Təəssüf ki, bizdə yük maşını sürücülərinin əlavə təlimdən keçməsi, periodik yoxlamalardan mütləq şəkildə iştirak etməsi kimi mexanizmlər tam formalaşmayıb. Çıxış yolu belə maşınların hərəkətinə daha ciddi nəzarət edilməlidir. Sürücülər mütəmadi yoxlamadan keçsin, iri tonnajlı yük maşınlarının şəhər daxilində hərəkəti məhdudlaşdırılsın. Ona görə ki, yük maşınlarının çoxu faktiki olaraq şəhər yollarına uyğun deyil. Onlar üçün ayrıca logistik marşrutlar və park yerləri yaradılmalıdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 sentyabr 2025, 18:56
Top