"Qida məhsulları hazırlanarkən, xüsusilə salatlar və soyuq qəlyanaltılar mütləq soyuducu şəraitində saxlanmalıdır. Daha yaxşı olar ki, bu məhsulların temperaturuna nəzarət olunsun".
Bunu Demokrat.az-a açıqlamasında "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov deyib.
O, bildirib ki, şadlıq saraylarında menyu ilə təqdim olunan toylarda, eləcə də restoran tərəfindən təşkil olunan şənliklərdə bu qaydalara riayət edilməlidir:
"İsti qidalar hazırlandıqdan sonra maksimum iki saat ərzində istehlak olunmalıdır. Soyuq qidalar isə -5–0 dərəcə selsi temperaturda saxlanmalıdır. İsti qidaların qəbulu üçün 60 dərəcə selsidən yüksək temperatur tələb olunur".
Onun sözlərinə görə, əgər qida yarıfabrikat halına salınmayıbsa və üzəri örtülməyibsə, açıq halda qalması mikrobioloji çirklənmə riskini artırır:
"Bu da insan sağlamlığı üçün təhlükəli ola biləcək bir faktor hesab olunur. Bundan əlavə, qida ilə təmasda olan şəxslər mütləq sanitar-normalara riayət etməlidir: əlcəklərdən, baş geyimlərindən və formalardan istifadə edilməlidir. Məişət şəraitində bu qaydalara riayət etmək mümkündür".
Ekspert bildirib ki, bu tələblərə əməl olunması qida zəhərlənmələrinin qarşısını almaqda və qusma kimi halların riskini azaltmaqda vacibdir.
Qeyd edək ki, Astara rayonunda həyətyanı sahədə təşkil edilən kiçik toy mərasimində hazırlanan qidadan zəhərlənmə baş verib.
Əfsanə Kamal
Demokrat.az