Taksi sürücüləri müştəri üstündə dava etdilər — TƏFƏRRÜAT

KRİMİNAL 08 sentyabr 2025, 11:30
Bakının Səbail rayonunda iki nəfərin arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 9-da baş verib. Salyan rayon sakini, 1980-ci il təvəllüdlü Ramin həmin gün saat 13 radələrində “Bakı funikulyoru”nun qarşısında olarkən Əliyarla mübahisə edib. 

Onların arasında mübahisənin yaranmasına səbəb isə növbə onun olduğundan sərnişini aparmalı olması səbəbindən aralarında yaranmış mübahisə zamanı, şəxsi münasibətlərin kəskinləşməsi zəminində Əliyarı bir dəfə yumruqla vurub. 

Hadisəni törədən Raminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, idarə etdiyi "Mersedes Benz" markalı avtomobili ilə taksi sürücüsü işləyir: “Aprelin 9-da, səhər saat 11 radələrində Ş.Ələkbərova küçəsi 1-də yolun kənarında avtomobili saxlayaraq müştəri gözləyirdim. Həmin vaxt yanında zərərçəkmiş şəxs öz idarə etdiyi "London" taksisi ilə dayanmışdı. Orda olan zaman təxminən saat 13 radələrində yanımıza müştəri yaxınlaşdım. Əliyar müştərini öz yanına çağıraraq idarə etdiyi avtomobilə tərəf apardı. Əliyara növbənin mənim olduğunu, müştərini mənə verməsini, daha öncə onun müştəri aparmasını bildirdim. Lakin Əliyar razılaşmayaraq müştərini aparacağını dedi. Bu zaman aramıznda söz mübahisəsi yarandı. Mübahisə zamanı əsəbləşərək. özümdən asılı olmadan Əliyarın sol alın hissəsinə yumruq zərbəsi vurdum”. 

Bu cinayət işinə Səbail Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkənin onu qarşı şikayətini geri götürməsini nəzərə alıb. 

Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 sentyabr 2025, 15:15
08 sentyabr 2025, 14:13
Top